Kaliforniya ştatında yerləşən Stanford Universitetində Azərbaycanın strateji əhəmiyyəti müzakirə olunub. SİA-nın xəbərinə görə, Stanford Universitetində ölkəmizə həsr olunmuş seminar keçirilib. Burada Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov və universitetin professoru Qeyl Lapidus iştirak edib.
Professor öz çıxışında Azərbaycanın Amerika Birləşmiş Ştatlarının milli maraqlarında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və təəssüf hissi ilə bildirib ki, Vaşinqton bu regiona kifayət qədər diqqət göstərmir.
Öz növbəsində Elin Süleymanov Azərbaycandakı dövlətçilik ənənələrindən, müstəqillik islahatlarından danışıb, Azərbaycan cəmiyyətinin dözümlülüyünü xüsusilə qeyd edib. O, həmçinin 1990-cı il baş vermiş 20 Yanvar faciəsi və Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verib. Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan baş konsul bildirib ki, ABŞ bu problemin həllində daha aktiv ola bilər.
Seminarın davamında Azərbaycanın dünya enerji strukturlarında, enerji təchizatı mənbələrinin diversifikasiyası məsələsi və digər sahələrdə mühüm geopolitik rola malik olduğu qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB