"Radikal müxalifət hər şeyi öz adına çıxarmaq istəyir" ÖZƏL-ŞƏRH
"Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsində göstərilən məqamlar təbii ki, bu millətini, dövlətini, Prezidentini sevən hər kəs tərəfindən rəğbətlə qarşılandı. Çünki orada çox ciddi və arqumentli detallar öz əksini tapmışdır. Təbii ki, əsas da məğz etibarilə müxalifətlə bağlı məsələlər orada əsk olunmuşdu. Bu məsələlər bu gün müxalifətin tutduğu xətlə, destruktiv fəaliyyətlə və eyni zamanda qara missiya fəaliyyəti ilə bağlı idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, bu gün radikal müxalifət dediyimiz qanad var: "O qanadın rəhbəri AXCP sədri Əli Kərimlidir. Onların missiyası ancaq Azərbaycanı inqilaba sürükləməkdən, öz məkrli niyyətlərini həyata keçirməkdən və illərdir ürəklərində qalan o qara arzuları realizə etməkdən ibarətdir. Həmin məqalədə göstərilirdi ki, bu gün müxalifət milli maraqlara qarşı böyük bir fəaliyyət göstərir. Hətta orada belə bir sərlöhvə var idi ki, Suriya variantını Azərbaycana gətirmək istəyirlər. Əslində tamamilə doğru fikirdir. Onlar bu saat hesablayırlar ki, bundan sonra iqtidar Azərbaycan xalqı üçün hansı daha gərəkli addımlar atacaq. Onlar bunu da hesablayıb öncədən öz adlarına çıxarmaq istəyirlər ki, guya bunu mitinqlər reallaşdırdı və s. Əslində bu tamamilə yalnış fikirlərdir. Azərbaycan iqtidarı onsuz da bu addımları planlı şəkildə atır və bundan sonra da atacaq.
Mən sizə sadə bir misal göstərmək istəyirəm. Bunu bir çox yazılarımda da qeyd etmişəm. Şamaxıda baş vermiş zəlzələdən sonra cənab Prezident ora səfəri, xalqın içində olması, eləcə də ötən gün Sumqayıt Dənizkənarı Bulvarında sakinlərlə görüşü, Sumqayıtdakı zavodun açılışındakı görüşləri və s. hamısı hər zaman olan hadisələrdir. Amma nədənsə məkrli müxalifət bunu bu gün öz adına çıxarmaq istəyir. Onlara sual etmək istəyirəm ki, 2012-ci ildə elə mənim təmsil olunduğum Zaqatalada çox dəhşətli bir hadisə olmuşdu. Bundan düz 20 dəqiqə sonra cənab Prezident İlham Əliyev helikopterlə Zaqatalaya üz tutmuşdu və eyni formada insanlarla görüşmüşdü. Məgər bu da hansısa mitinqin bir təsiri nəticəsində olub? Eləcə də ölkə başçısının son aprel seçkilərindən sonra ilk verdiyi qərar şəhid ailələrinə müavinətlərin verilməsi oldu. Bunlar əslində məqsədyönlü siyasətdir. Bu eyni xətt üzrə gedir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB