"Əli Kərimli tərəfindən indiyədək inandırıcı bir açıqlama verilməyib" ÖZƏL-ŞƏRH

"Əli Kərimli tərəfindən indiyədək inandırıcı bir açıqlama verilməyib" ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsində haqlı olaraq bildirib ki, “Əli Kərimli öz liderinə xəyanət edərək qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir”. Hesab edirəm ki, burada bir neçə maraqlı nüans var. Bilirsiniz ki, Əli Kərimlinin özünün keçmiş lideri ilə münasibətlərdə istifadə etdiyi taktika var. İkincisi onun həmin taktikasının bu gün Azərbaycan dövlətinə qarşı tətbiq olunması zamanı verə biləcəyi nəticədir". Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Əli Kərimliyə bu iki nöqteyi-nəzərdən yanaşsaq, doğurdan da bu şəxs xeyli dərəcədə ziddiyyətli siyasi yol keçib: "İlk növbədə onun rəhmətlik Əbülfəz Elçibəylə münasibətləri ilə bağlı olduqca ziddiyyətli və dolaşıq fikirləri neçə ildir ki, Azərbaycan mediasında dolaşır. Hətta bu nöqteyi-nəzərdən Xalq Hərəkatının daxilində də müəyyən çıxışlar, yazılar mətbuata bəyanatlar olub. Əbülfəz Elçibəyə, Xalq Hərəkatının liderinə qarşı Əli Kərimlinin şəffaf olmayan siyasət apardığı, taktika ilə işlədiyinə dair dəfələrlə belə məlumatlar səslənib. İndiyə qədər bunlara tam şəkildə bir aydınlıq gətirilməyib, eləcə də bunun belə olmadığı ilə bağlı Əli Kərimli tərəfindən hələ indiyədək inandırıcı bir açıqlama verilməyib. Onun öz liderinə qarşı həyata keçirdiyi bu taktikanın hansı nəticələr verdiyini bir anlığa kənara qoyaq. Amma bu taktikaların Azərbaycan dövlətinə qarşı tətbiq olunacağı halda və bunun nəticə verəcəyi haqqında qəti şəkildə demək mümkündür ki, onların heç bir nəticəsi ola bilməz. Əli Kərimlinin taktikasının birinci hədəfi Əbülfəz Elçibəy idi. Əgər doğurdan da bu insan yenidən o taktikanı işə salmaq istəyirsə, onun hədəfi, qarşısında dayanan qüvvə Azərbaycan dövlətidir və cənab İlham Əliyevdir. Hədəflər tamamilə fərqli və bir-birindən güc etibarilə fərqlənən qüvvələrdir.

Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması sahəsində Azərbaycan hakimiyyətinin və şəxsən Prezidentin apardığı siyasətin alternativsizliyi ilə birmənalı şəkildə ölkədə bütün siyasi qüvvələr qəbul edirlər və barışırlar. Çünki bu siyasətin başqa bir alternativi yoxdur. İkincisi, ölkədə sosial, iqtisadi sahədə struktur islahatları var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə