Dövlət başçısı İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidentini qəbul edib

Dövlət başçısı İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizeri qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən söhbət açılmış, idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən danışılıb.

Söhbət zamanı Azərbaycanda ardıcıl olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi və bunların yüksək səviyyədə təşkil edildiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə