Fazil Mustafa: "Rəqabət Məcəlləsi təcili qəbul olunmalıdır" İRAD

Fazil Mustafa: "Rəqabət Məcəlləsi təcili qəbul olunmalıdır" İRAD

“Ölkə başçısının minimum əmək haqqı, eləcə digər sosial yönümlü addımları cəmiyyətdə müsbət əhval-ruhiyyə yaradır, müsbət qarşılanır. Bu işləri təbliğ etməliyik”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Ölkə başçısının ötən gün Sumqayıta səfərini xatırladan deputat söyəyib ki, Prezident İlham Əliyevin iştirakı ilə obyektlərin açılması işsizliyin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, lakin görülən işlərlə yanaşı, sanki hansısa əllər bu işlərin genişləndirilməsinə mane olur: “Dövlətdən asılı insanların sayının çox olması yaxşı hal deyil. Qeyri-neft sektoru elə inkişaf etməlidir ki, dövlətin yükü azalsın. Bu gün vətəndaşların alıcılıq qabliyyəti çox aşağıdır. Bunun qarşısnı almaq üçün tədbirər görülməlidir”.

F.Mustafa söyləyib ki, Azərbaycanda “Rəqabət Məcəlləsi təcili qəbul olunmalıdır: “Problemlərdən biri haqsız rəqabət, inhisarçılıqla bağlıdır. Bunu aradan qaldırmaq lazımdır ki, təşəbbüskar insanlar pul qazana bilsinlər. Bu gün tikinti sektorunda vəziyyət də ürəkaçan deyil. Tikinti ilə bağlı ləngilmələr insanların kirayədə qalma vaxtını bir az da uzadır. Ölkə başçısına neqativ hallarla bağlı informasiyaları çatdırmaq üçün mexanizm hazırlanmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə