"Prezidentin siyasətinin mərkəzində vətəndaş amili dayanır" AÇIQLAMA-ÖZƏL
“Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son atılan addımlar bunu bir daha sübut etmiş olur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O bildirib ki, Azərbaycanda iqtisadi imkanlar artdıqca, ilk atılan addımlar məhz ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilir.
Son illər bu istiqamətdə mühüm işlərin görüldüyünü deyən deputat söyləyib ki, ölkəmizdə köçkünlər üçün 100-dən çox şəhərcik tikilib, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilib.
Prezident İlham Əliyevin minimum əmək haqlarının artırılması ilə bağlı sərəncamına toxunan T.Rzayev qeyd edib ki, sərəncam əhalinin rifahı halının yaxşılaşdırılması istiqamətində növbəti addımdır. Azərbaycan Prezidenti atdığı bütün addımlarla daim xalqın yanında olduğunu bir daha sübut etmiş olur. Minimum əmək haqqının artırılması da vətəndaşlara olan yüksək diqqət və qayğının nəticəsidir. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB