Nizami Cəfərov: “Adlar və soyadlar haqqında qanunun qəbulu vacibdir” - AÇIQLAMA
"Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi şöbəsi tərəfindən adlar və soyadlarla bağlı qəbul edilən qərar kifayət qədər ciddi araşdırmaların nətcəsidir". Bu sözləri SİA-ya Dövlət Dil Komissiyasının üzvü, millət vəkili Nizami Cəfərov açıqlamasında deyib. O bildirib ki, bundan sonra proses müxtəlif cür davam edə bilər. Onun sözlərinə görə, qərar Ailə Məcəlləsinə düzəliş və ya maddə daxil etməklə yanaşı, dövlət başçısının sərəncamı şəklində də qüvvəyə minə bilər.
Bütün hallarda "Adlar və soyadlar haqqında" qanunun qəbulunun vacib olduğunu deyən N.Cəfərov söyləyib ki, burada çox müxtəlif məsələlər, detallar var ki, onları hər hansı bir qanuna dəyişikliklərlə və ya sərəncamla təqdim etmək mümkün deyil.
O vurğulayıb ki, qanun qəbul olunduqdan sonra qərar icbarı şəkildə yerinə yetiriləcək: "Hər halda burada söhbət ondan gedir ki, bu gün 80 faizə qədər soyadlarımızda -ov, -yev şəkilçisindən istifadə edilir. Bunun da qarşısı alınmalıdır. Ona görə ki, bu soyad forması sovet dövründə, 20-30-cu illərin represiyasına uyğun olaraq qəbul etdirilib. Bu bizim mədəniyyətimizə qarşı təzyiq olduğuna görə bu aradan qaldırılmalıdır. Amma hər halda gələcəkdə qanunda demokratik üsullar da olmalıdır. Müəyyən soyad formaları var ki, rus dilinin təsiri ilə meydana çıxıb. Məsələn Şıxlinskiy, Naxçıvanskiy, Bakinskiy, Talışinskiy. Onlar məşhur soyadlar olduğuna və varislik daşıdığına görə onların olduğu kimi saxlanması məhkəmə yolu və ya qanunda nəzərdə tutulacaq hər hansı bir maddəyə əsasın saxlanıla bilər".
Qərarın yaşa dolan insanlar üçün icbari xarakter daşımadığını dilə gətirən millət vəkilinin sözlərinə görə, bu qərar bütün hallarda yeni doğulan uşaqlara şamil olunacaq. O bildirib ki, yeni doğulan uşaqlar istisna olmaqla hər bir kəsin bu qərardan könüllü istifadə etməsi üçün şərait yaradılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB