Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli bu gün Rusiyanın paytaxtı Moskvaya səfərə gedəcək. SİA-nın xəbərinə görə, millət vəkili Rusiya Dövlət Duması tərəfindən təşkil edilmiş “Azərbaycan-Rusiya mədəniyyət körpüləri ” mövzusunda keçiriləcək dəyərmi masaya qatılacaq, mövzu ilə əlaqədar çıxış edəcək.
Tədbirdə iki ölkə arasında mədəni dialoq, incəsənətin inkişafı, kinematoqrafiya, teatr, muzeylər, habelə təhsil sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.
Səfər fevralın 14-də başa çatacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB