Ombudsmanın nümayəndələri inzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə baş çəkib

Ombudsmanın nümayəndələri inzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə baş çəkib

Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Bakı Baş Polis İdarəsinin İnzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmə zamanı bu müəssisədə inzibati qaydada həbs olunmuş 10 şəxsin saxlandığı müəyyən edilmişdir, onlardan yeddisi dindar şəxslərdir.

Müvəkkilin nümayəndələri həmin şəxslərin hər biri ilə təkbətək görüşüb söhbət ediblər. Söhbət aparılmış şəxslər saxlandıqları müddətdə zorakılığa, kobud rəftara və təzyiqlərə məruz qalmadıqlarını, saxlanma şəraitindən və qidalanmadan narazı olmadıqlarını bildiriblər.

Müəyyən edilib ki, evdən gətirilən sovqatlar saxlanılan şəxslərə vaxtında çatdırılır və lazımi tibbi yardım göstərilir.

MPM qrupunun üzvləri müəssisə rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə