Analitiklər: “Cari ildə dünya üzrə 346-351 milyon kompüter satılacağı proqnozlaşdırılır”
Ötən ilin 4-cü rübündə dünya üzrə personal kompüterlərin (PK) satış həcmi gözlənildiyindən az olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu qənatə IDC şirkətinin analitikləri gəlib. Onların fikrincə, personal kompüterlərə olan tələbatın azalmasına səbəb bazarlarda geniş təqdim olunan planşet kompüterlərin satış həcminin artmasıdır.
Analitiklərin sözlərinə görə, əgər planşetləri kompüter kateqoriyasına aid etsək, bu zaman kəmiyyət baxımdan dünya üzrə kompüterlərin satış həcmi 2010-cu ildə 19 faiz artmış olur".
IDC-nin hesablama metodikasına əsasən 2010-cu ilin dördüncü rübündə dünya üzrə kompüter təchizatı 2009-cu ilin həmin dövrünə nisbətən proqnozlaşdırılan 5,5 faiz əvəzinə cəmi 2,7 faiz artıb.
Qeyd edək ki, Gartner analitik şirkətinin mütəxəssisləri də bu qəanətə gəldiklərini bildiriblər. Onların hesablamalarına görə, satış həcmi gözlənilən 4,8 faiz əvəzinə 3,1 faiz artıb.
Cari ildə analitiklər 346-351 milyon kompüterin satılacağını proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB