Ölkə ərazisində son günlər yağan yağıntılar dağ çaylarında sululuğun artmasına səbəb olub

Ölkə ərazisində son günlər yağan yağıntılar dağ çaylarında sululuğun artmasına səbəb olub

Azərbaycan ərazisində son günlər yağan yağıntılar nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda Böyük Qafqaz və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq müşahidə olunur. Belə ki, Balakən-Şəki bölgəsinin çaylarında sululuq ongünlük normanın 120-260, Quba-Xaçmaz bölgəsinin çaylarında ongünlük normanın 135-170, Kiçik Qafqaz çaylarında isə ongünlük normanın 150 faizini təşkil edir. Normaya yaxın və normadan bir qədər çox sululuq isə Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 80-125 faizini təşkil edir .

Hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 133 kub metr (ongünlük normanın 83 faizi), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi saniyədə 70 kub metrdir (ongünlük normanın 104 faizi).

Kür çayının aşağı axınında suyun səviyyəsində ötən günlərə nisbətən azalma müşahidə olunur. Belə ki, hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 467 sm (2010-cu ilin 21 mayında maksimal səviyyə 955 sm), Şirvanda 373 sm (2010-cu ilin 18 mayında maksimal səviyyə 853 sm), Bankədə 293 sm (2010-cu ilin 18 mayında maksimal səviyyə 503 sm), Salyanda 210 sm (2010-cu ilin 18 mayında maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 250 sm (2010-cu ilin 21 mayında də maksimal səviyyə 734 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə