“Freedom House” insan haqqları və azadlıqlarla bağlı hesabat açıqlayıb
ABŞ-da 70-ci il əvvəl qurulan "Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatı dünyada insan haqqları və azadlıqlarla bağlı növbəti hesabatını açıqlayıb. SİA-nın məlumatına görə, hesabatda dünya səviyyəsində azadlıq və insan haqqlarının qorunması sahəsində geriləmənin olduğu qeyd edilib. Hesabata görə, ötən 4 ildə qeydə alınan geriləmə bu il də müşahidə edilib.
Təşkilatın rəhbəri David Kramer "rəqiblərimiz yalnız təzyiq etmir, eyni zamanda bunu görünməmiş bir təcavüzkarlıq və özünə inamla edir" deyərək demokratik cəmiyyətin təzyiqlərə biganə yanaşdığını ifadə edib. Hesabata görə, 25 ölkədə demokratiyada əhəmiyyətli geriləmə olub. 2010-cu ildə aralarında Fransanın da olduğu bu ölkələrdə təzyiqlərə qarşı demokratik cəmiyyətin də yetərincə müqavimət göstərmədiyi qeyd edilib.
Araşdırmalar dünyanın 194 ölkəsində aparılıb. Aralarında Çin, Misir, İran, Rusiya və Venesuelanın olduğu 14 ölkədə vətəndaşlara təzyiqlər artmaqda davam edib. Seçkili demokratiyaların sayının 2005-ci ildə 123-ə çıxmasından sonra, 1995-ci ildən bu yana ən aşağı səviyyəyə enərək 115-ə düşdüyü ifadə edilir. "Dünyanın ən güclü avtoritar rejimlərinin 2010-cu ildə də artdığı" ifadə edilən hesabatda buna nümunə olaraq Nobel Sülh Mükafatına layiq görülən və həbsdə olan çinli hüquq müdafiəçisi Liu Şiaobonun mükafatın təqdim olunma mərasimini boykot etmələri üçün xarici hökumətlərə çağırışı və Rusiyada "Yukos" neft şirkətinin keçmiş prezidenti Mixail Xodorkovskinin saxta olduğu deyilən ittihamlarla cəzalandırılması göstərilib.
"Freedom House"nin araşdırma şöbəsinin rəhbəri hesabatı açıqlayan zaman "avtoritar rejimlər əgər kənardan müqavimət görməzsə, daxildə öz müxaliflərini susdurmaqda daha sərbəst olarlar" deyib. Hesabatda demokratiya sahəsində geriləyən ölkələr isə belə sıralanıb: Əfqanıstan, Bəhreyn, Burundi, Kamboca, Fil dişi Sahili, Cibuti, Misir, Efiopiya, Fransa, Haiti, Macarıstan, İran, Küveyt, Latviya, Madaqaskar, Meksika, Ruanda, Şri-Lanka, İsveçrə, Tailand, Ukrayna, Venesuela və Zambiya.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB