İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MST-nə başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmə zamanı bu müəssisədə iki şəxsin – Mövsüm Mərdan oğlu Səmədov və Dəyanət Ələsgər oğlu Səmədovun saxlandığı müəyyən edilib.
Mövsüm Səmədovun sənədləri ilə tanışlıq zamanı məlum olub ki, o, 07 yanvar 2011-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmadığı üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 13 gün müddətinə inzibati həbs seçilib.
Dəyanət Səmədovun barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qrupun üzvləri saxlanılan şəxslərin hər biri ilə təkbətək görüşərək söhbət aparıblar. Söhbət zamanı hər iki saxlanılan şəxs saxlandıqları müddətdə onlara qarşı rəftardan və saxlanma şəraitindən narazılıq etməyiblər. Həmin şəxslərin razılığı ilə onların bədəninə vizual baxış keçirilmiş, xəsarət əlamətləri aşkar edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB