Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili uyğun şərtlər zamanı öz ölkəsinə qayıtmağa hazır olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o bu barədə Belçikada immiqrantlarla görüşdə bildirib. Sabiq prezidentin sözlərinə görə, ona ona Vətəninə qayıtmaqla bağlı tez-tez suallar ünvanlanır.
Mütləq şəkildə Vətəninə qayıdacağını söyləyən Saakaşvili hazırki şərtlərin uyğun olmadığını bildirib.
"Hazırda şərat buna imkan vermir. Lakin biz yaxın həftə və aylarda uyğun şəraiti hazırlamalıyıq",- deyən keçmiş prezident əlavə edib ki, uzaqdan ölkəsinin "məhv"inə baxa bilmir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB