“Təhsildə İKT - nin tətbiqi - bilik, təcrübə, texnologiya” adlı konfrans - sərgi keçiriləcək
Yanvar ayının 28 – də BŞTİ – nin təşəbbüsü ilə "Təhsildə İKT - nin tətbiqi – bilik, təcrübə, texnologiya" adlı konfrans - sərgi keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd paytaxt məktəblərində elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Həmçinin tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək də əsas məqsədlər arasındadır. Tədbirin əsas hissəsi paytaxt məktəblərindəki müəllim və şagirdlərin İKT sahəsindəki nailiyyətlərinin nümayişinə həsr ediləcək.
Məlumat üçün bildirək ki, konfrans - sərginin Təşkilat Komitəsinin tərkibi təhsil, kompyuter texnologiyası və kompyuter qrafikası sahələrində nüfuzlu mütəxəssislərdən ibarətdir.
Konfrans - sərgi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir. Sərgidə nümayiş olunacaq işlər 15 bölmə üzrə təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB