"Prezident həmişə öz xalqının yanındadır" ÖZƏL-ŞƏRH

"Prezident həmişə öz xalqının yanındadır" ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezidenti cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə inaqurasiya mərasimində dedi ki, “Mən bütün Azərbaycan vətəndaşlarının Prezidenti olacam”. Bu 15 il ərzində cənab Prezident sübut etdi ki, o nəinki bütün Azərbaycan vətəndaşlarının, bütün dünyada olan 50 milyon azərbaycanlının Prezidentidir və onların Lideridir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı indiyədək nə vəd veribsə, nə qərar qəbul edibsə, nə Sərəncam və Fərman veribsə, proqram qəbul edibsə hamısı yerinə yetib: "Xalqın lideri olmaq xalqın istəyi, arzusu ilə yaşamaq, xalqın ehtiyaclarını öyrənmək və xalqın istəyini, arzusunu, ehtiyacını, tələbatını lazımi məqamda lazımi keyfiyyətdə ödəmək bacarığı və istəyidir. Məhz buna görə də cənab Prezidenti Azərbaycan xalqı ürəkdən sevir, ona inanır və onu dəstəkləyir. Neçə seçkidir ki, seçicilərin tam böyük əksəriyyəti dövlət başçısına öz etimadını göstərir və onu seçir. Ən ağır məqamlarda da, xoş günlərdə də Prezident həmişə öz xalqının yanındadır. Milli bayramlarımızda, keçirdiyimiz Hərbi Paradlarda ölkə rəhbəri həmişə xalqın içindədir. Dövlət başçısı hər il bütün bölgələrimizə səfərlər edir. O rayon, şəhər yoxdur ki, cənab Prezident ora dəfələrlə səfər etməsin. Təkcə ötən il 24 dəfə bölgələrə səfər edib, əhali ilə görüşüb və əhalini narahat edən, maraqlandıran məsələləri dinləyib, ehtiyaclarını öyrənib. Gördüyü işlər, o cümlədən görəcəyi işlər barəsində də əhalini məlumatlandırıb. Ordu ilə bir Ali Baş Komandan kimi bir yerdədir. Dövlət başçısı dəfələrlə cəbhə bölgəsində olub, görüşlər keçirib və hərbçilərə öz tövsiyyələrini verib.

Cənab Prezident fövqəladə hallar zamanı yəni ölkədə nəzərdə tutulmayan təbiət hadisələri baş verəndə də yeni də o bölgədədir. Ölkə rəhbəri ilk dəfə yeni Prezident seçilən vaxtlarda Lənkəranda qəzalı bina uçmuşdu və oraya səfər etdi. Həmin vaxtı ölənlər var idi. Prezident həmin bölgəyə getdi və orada insanlarla görüşdü. Qısa müddət ərzində o binanın yenidən tikilməsi və əhalinin yerləşdirilməsi üçün hər cür şəraiti təmin etdi. Zaqatala-Qax bölgəsində zəlzələ olmuşdu və 3 mindən çox evə ziyan dəymişdi. Nəticədə minlərlə ailə evsiz-eşiksiz qalmışdı. Cənab Prezident həmin vaxtı yenə də bölgələrə getdi və qısa müddət ərzində tapşırıq verdi ki, bütün problemlər aradan qaldırılsın. Eləcə də Kür çayının daşması ilə əlaqədar olaraq yenə Mil-Muğan bölgəsində bir neçə kənd su altında qalmışdı. Onda da dövlət başçısı orada oldu. Bu günlərdə Şamaxıda baş verən zəlzələ zamanı da cənab Prezident ora səfər etdi və insanlara öz köməyini göstərdi. Bu daha çox mənəvi, psixoloji bir kömək idi. İnsanlar da hiss etdilər ki, onun Prezidenti onun yanındadır, dövlət onun arxasındadır. Prezident qəza tədbirlərinin aradan qaldırılması və lazımı tədbirlərin görülməsi üçün 2 milyon manat ilkin vəsait ayırdı. Bütün bunlar hamısı onu göstərir ki, xalq-iqtidar, xalq-Prezident birliyi var. Prezident də hər zaman deyir ki, bizim siyasətimiz, bizim işimizdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı və onun sosial rifahı dayanır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə