Fransa prezidenti Emanuel Makronun 24 aprel tarixini erməni soyqırımı elan etməsini Nikol Paşinyanın məmnuniyyətlə qarşılaması erməni xislətinin əsl simasını göstərir. Erməni lider twitter açıqlamasında Fransa prezidentinin erməni soyqırımı ilə bağlı açıqlamasını salamlaması ikrah doğurur. Elə bir qeyri-adi, nifrət dolu təəssürat doğurur ki, bunu sözlə ifadə etməkdə belə çətinlik çəkən hər kəsi başa düşmək olar.
Heç şübhə yoxdur ki, istər Makron, istərsə də Paşinyan heç bir soyqırımın olmadığını çox yaxşı bilir. Bu iki saxtakarın bilə-bilə ki, erməni soyqırımı deyilən bir hadisədən söhbət belə gedə bilməz, belə bir hadisə olmayıb, bunu soyqırım günü kimi elan etməsi simasızlıq nümunəsidir. Hətta erməni baş nazirinin Makronu insan hüquqlarını qoruyan biri kimi tərif etməsi simasızlığın ən maksimal həddidir. Çünki, o olmayan bir soyqırım barədə Makronun da bildiyinə əmindir və Fransa liderinin verdiyi elanının nə insan haqlarına, nə də ümumilikdə həqiqətlərə uyğun olmadığını çox gözəl bilir.
Fransa prezidentinin qondarma soyqırımla əlaqədar çanfəşanlığı tamamilə yersiz, bayağı görünür və eyni zamanda absurd səslənir
Fransanın prezidenti Emanuel Makron 1915-ci il hadisələri kimi Osmanlı imperiyasının bu ərazilərdə yaşayan erməniləri qətlə yetirdiyini bildirməklə ən böyük saxtakarlığa bu dəfə də imza ata bilib. Makron guya ki, ermənilərin amansızca öldürülməsinə, erməni əsillilərin qətlə yetirilməsinə inanır və buna əmin olduğunu göstərməyə çalışır. Bu mənada 24 aprel tarixini də uydurma erməni soyqırımını anma günü kimi elan etməkdən də utanmır.
İlk növbədə Makronun insan haqlarından danışmağa üzü olmadığını indi nəinki Paşinyan, bütün dünya ictimaiyyəti çox gözəl bilir. Onun Fransada sarı jiletlilərə qarşı amansızlıqla davrandığını bilməyən yoxdur. Əgər bu Fransa prezidenti belə insan haqlarına həssaslıqla yanaşırdısa niyə öz vətəndaşlarının halına acımır, onların haqq və hüquqlarını hesaba almırdı? Indi erməni soyqırımı adlandırdığı yalançı, qondarma təxəyyülə güya ki, həssas yanaşdığını göstərmək istəyən bu adam, həqiqətdə əzilən nümayişçilərə qarşı niyə amansızlıq edildiyi zaman belə həssas deyildi? Erməni əsillilər onu yerli fransızlardan daha çox maraqlandırırdı yoxsa?
Göründüyü kimi, Fransa liderinin çanfəşanlığı tamamilə yersiz və bayağı görünür. Eyni zamanda absurd səslənir. Əvvəla ona görə ki, hal-hazırda baş verən insan haqları pozuntularına göz yumduğu halda, bir əsrdən çox müddət bundan əvvəl baş verdiyi iddia olunan, əslində isə olmayan hadisəyə görə canfəşanlıq nümayiş etdirmək çox gülüncdür. Digər tərəfdən, öz vətəndaşlarının əzişdirilməsinə hökm verib hansısa erməninin uydurma soyqırımına həssaslıq göstərmək heç bir normaya sığışmır. Bu qədər simasızlığı, bu qədər saxtakarlığı dünya ictimaiyyəti uzaq başı ermənilərdən görə bilərdi ki, bunu Makrondan da gördü. Ola bilsin kimlərsə bu vaxta qədər sarı jiletlilərin hakimiyyətə, birbaşa olaraq Makronun özünə qarşı nümayişlərini pisləyə bilərdi. Amma heç inanılası deyil ki, bundan sonra kimsə bu sarı jiletlilərin Makronun istefası tələbini başa düşməsin və alqışlamasın. Lalın dilin anası bilər və görünür, fransızlar özləri hamıdan yaxşı bilirlər bu Emanuelin kim olduğunu və istefa tələbi ilə meydanlara toplaşanlar onun nəyə layiq olduğunu əbəs yerə ortaya qoymurlar.
Fransa hökumətinin qondarma soyqırımla bağlı anım gününü elan etməsində xristian həmrəyliyi və ermənipərəstlik əsaslı rol oynayır
Fransanın bir dövlət olaraq qondarma erməni soyqırımını tanıması yenilik də deyil. İlk əvvəl bu uydurma soyqırım məsələsinin 2001-ci ildə ortaya atıldığı hamıya məlumdur. İndi Makronun belə bir elan verməsi, soyqırım kimi adlandırdığı qondarma tarixi anım günü elan etməsi gözlənilən bir hadisədir. Fransanın Ermənistanla olan münasibətlərinin, ermənilərin fransız liderləri satın almasının fonunda təbii ki, bu kimi absurd fikirlərin olacağı, ermənipərəst mövqe sərgilənəcəyi gözləniləndir.
Fransa hökumətinin qondarma soyqırımla bağlı anım gününü elan etməsində digər məqamlar da diqqəti cəlb etməyə bilməz və burada xristian həmrəyliyi də əsaslı rol oynayır. Bu həmrəyliyin təsiri altında Makron açıq-aşkar ermənipərəst olduğunu nümayiş etdirməkdən zərrə qədər çəkinmir də. Çox acınacaqlı haldır ki, ermənilərin yalan və saxtakarlıq üzərində uydurduqları soyqırım adlı qondarma tarix Fransa kimi özünü demokratik hesab edən bir Avropa dövlətində anım günü elan edilir.
Ermənipərəst mövqeyi Fransanın Türkiyə ilə əlaqələrinə də müsbət təsir göstərmir. Görəsən Makron dərk edirmi ki, ermənilərin uydurmalarına görə Türkiyə ilə münasibətləri özü pozur? Dəyərmi erməni yalanına görə bu münasibətlərə xələl gətirməyə? Bu sual təsdiq edir ki, Fransa hökuməti, şəxsən Makron növbəti dəfə yanlış, uğursuz siyasət yürüdür.
Bu arada Fransada qondarma erməni soyqırımını tanımamağa görə bir vaxt cərimələrin tətbiqi hadisəsi də yada düşür və bu fakt təsdiq edir ki, bu Avropa ölkəsini demokratiya, insan haqları yox, məhz erməni təəssübkeşliyi maraqlandırır. Dünyanın heç bir ölkəsində rast gəlinməyən bu cərimə növünün Fransada tətbiq olunması sadalananları təsdiq edir. Başda Ermənistanın özü olmaqla, heç bir ölkədə belə bir cərimə yoxdur. Maraqlıdır, fransızlar qondarma erməni soyqırımını ermənilərin özlərindən də çox anmaq, xatırlamaq, tanımaq məcburiyyətindədirlərmi? Ermənistanın özündə belə soyqırımı tanımamağa görə bu şəkildə yanaşma, bu şəkildə cəza tədbirləri tətbiq olunmadığı təqdirdə, bunun Fransada tətbiq edilməsi absurddur.
Ermənistanın baş naziri Makronun qərarını alqışlaya da bilər, tərif edə də bilər, hətta bu qərarı təşviq etməyə də qalxar, amma bütün dünya ictimaiyyəti çox gözəl bilir ki, Makron 24 aprel tarixini qondarma soyqırımını anma günü elan etməklə ermənipərəstliyini bir daha təsdiqlədi. Daha doğrusu qondarma soyqırımı günü elanı Makronu ifşa etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB