GUAM-a üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək
Kiyevdə Demokratiya və İqtisadi Əməkdaşlıq Naminə Təşkilatın – GUAM-ın üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, təşkilat çərçivəsində əməkdaşlığın aktual məsələlərinin müzakirəsi nəzərdən keçiriləcək, Ukraynanın GUAM-da sədrliyi və həlli uzanan münaqişələrə dair məsələlər, habelə beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqələrin əsas istiqamətləri də müzakirə ediləcək.
Qeyd edək ki, Ukrayna təşkilatda bu il sədrlik edir. Görüş barədə qərar ATƏT-in ötən il dekabrın 2-də Astanada keçirilən sammiti çərçivəsində GUAM ölkələri xarici işlər nazirlərinin iclasında qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB