ABŞ dövlət katibi Mayk Pompeo, 11-15 fevral tarixlərində Macarıstan, Slovakiya, Polşa, Belçika və İslandiyanı əhatə edəcək Avropa turnesinə çıxacaq. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Palladino açıqlama verib.
Məlumata əsasən, 11 fevralda Pompeo Macarıstan rəhbərliyi ilə Budapeştdə görüşlər keçirəcək.
Fevralın 12-də Pompeo Bratislava şəhərinə və Polşaya gedəcək.
Daha sonra, Pompeonun Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə Brüsseldə görüşü nəzərdə tutulur.
Palladinonun sözlərinə görə, dövlət katibi Venesuelada vəziyyətin Moqerini ilə müzakirə etməyi planlaşdırır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB