Cənubi Sudan rəsmiləri deyirlər ki, səsvermədə iştirak edən seçicilərin sayı 60 faizi keçib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, regionun müstəqilliyini müəyyən edəcək referendumun leqal status qazanması üçün səs verənlərin sayı 60 faizdən az olmamalı idi. Rəsmilər deyirlər ki, Sudan Xalq Azadlıq Hərəkatı səsvermənini 4-cü günü bu barədə bəyanat açıqlayıb. Rəsmi iştirak rəqəmlərinə görə Cənubi Sudan Referendum Komissiyası məsuliyyət daşıyır və komissiya lazım olan qədər seçicinin iştirak etməsi barədə məlumatı təsdiqləməyib.
Təxminən 4 milyon insan referendumda iştirak etmək üçün qeydiyyatdan keçib. Referendumun nəticəsi olaraq Afrikada yeni dövlətin yaranması ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB