Ukraynanın "Seqodnya" qəzetinin yazdığına görə, Almaniya polisi Frankfurt-Maynda beynəlxalq axtarışda olan Kiyev Sovetinin deputatını, daimi komissiyanın başçısını saxlayıb. SİA-nın xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətindən (UTX) bildiriblər ki, onu dövlətə 10 milyon qrivna ziyan vurmaqda ittiham edirlər.
Kiyev Şurasındakı mənbələrdən bildiriblər ki, torpaq komissiyasının başçısı Aleksey Yevlax saxlanılıb. O, hələ iyulun əvvəlində Kiyev Şurasının binasında UTX-nin işçilərinə izahat verib. Lakin vəziyyəti pisləşdiyi üçün klinikaya yerləşdirilmiş, daha sonra isə müalicə olunmaq üçün Almaniyaya yola düşüb.
A.Yevlax sessiyada torpaq məsələləri ilə bağlı xeyli qalmaqallı məsələ qaldırıb. Təkcə 2007-ci il oktyabrın 1-də bağ kooperativlərinə ərazi ayrılması barədə 18 məsələ qaldırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB