"Merkel Kıbrıs məsələsinin keçmişini araşdırsın"

"Merkel Kıbrıs məsələsinin keçmişini araşdırsın"

Baş nazir Rəcəb Tayyib Ərdogan Kıbrıs mövzusu ilə bağlı Türkiyəni tənqid edən Almaniyanın kansleri Angela Merkelə cavab verib.

SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Qətərdə olan Baş nazir Ərdogan, Kıbrıs Rum tərəfinə ziyarəti zamanı adada problemin həlli yolunda Türkiyəni tənqid edən Merkelə cavab verib.

Ərdogan, "Merkel hər halda Kıbrıs məsələsinin öz baş nazirliyindən davam edən bir problem olduğunu zənn edir və bu məsələnin keçmişini bilmir" deyə vurğulayıb.

"Cənubi Kıbrısı Avropa Birliyinə almaq səhv bir addımdır" sözlərini dә Merkelin özu deyib. Merkelin kansler olmazdan əvvəlki vaxtlarını da araşdırması lazımdır"- deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə