Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətinin direktoru Bakıya gəlir

Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətinin direktoru Bakıya gəlir

Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətindən (NDNFX) verilən məlumata görə, Federal Xidmətin direktoru Viktor İvanov Bakıya səfər edəcəkdir.

SİA-nın xəbərinə görə, yanvarın 13-dən 14-dək davam edəcək səfərin məqsədi narkotiklərin və digər psixotrop maddələrin dövriyyəsinə qarşı mübarizə haqqında danışıqlar aparmaq, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq haqqında RF NDNFX ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi arasında saziş imzalamaqdır.

Tərəflər qlobal narkotik təhlükəsinə qarşı mübarizə, narkomaniyanın profilaktikası və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə birgə tədbirlər həyata keçirilməsi mexanizminin işlənib hazırlanması məsələlərini müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə