“Arif Əliyev bir çox hallarda öz fikrini ifadə etmir” RƏY-ÖZƏL

“Arif Əliyev bir çox hallarda öz fikrini ifadə etmir” RƏY-ÖZƏL

"Arif Əliyevin belə açıqlamaları artıq adi hal alıb". Bunu SİA-ya açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, yaxın zamanda göstərir ki, onun bu açıqlamalarının arxasında adətən kənar maraqlar dayanır: "A.Əliyev bir çox hallarda öz fikrini ifadə etmir. Bununla bağlı Mətbuat Şurasının iki qurultay öncəni xatırlayıram. Onun çıxışında beynəlxalq təşkilatlardan gətirdiyi nümunələr və beynəlxalq təşkilatın ona ünvanladığı məktubu az qala Azərbaycan jurnalistlərinin “Yol xəritəsi” kimi təqdim etməsi hər kəsin xatirindədir. Bu tendensiyadan çıxış edərək A. Əliyevin hansı maraqlar əsasında fikir yürütdüyünü müəyyənləşdirmək mümkündür. O ki, qaldı KİVDF-nin açıqladığı son şərtlərə, bu şərtlər yeni deyil. Bunun ətrafında ajiotaj yaradan insanlarda, bu şərtlərin yeni olmadığını hər kəsdən yaxşı bilirlər. KİVDF havadan düşməyib, bunun üçün uzun müddət müzakirələr aparılıb və bu müzakirələrdə ölkənin media camiyəsinin bütün nümayəndələri iştirak ediblər. Mətbuat Şurası bu prosesdə fəal rol oynayıb və bütövlükdə sonralar Cənab Prezident tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edilib. Bu konsepsiyada bir çox məqamlar yer alıb və həmin o konsepsiyanı da vaxtı ilə təqdir edən şəxslərdən biridə A. Əliyev idi. Sonrakı proseslərdə A.Əliyev özünü Azərbaycan mediasında büruzə verə bilmədiyindən və tükəndiyini hiss etdiyindən təbii ki, proseslərdən kənarda qaldı, bu proseslərdə də aktiv şəkildə ölkənin daha fəal, daha peşəkar media qurumları fəaliyyət göstərməyə başladılar. KİVDF 10 il ərzində şərtləri bir necə dəfə dəyişib. Çünki fond yarananda əsas məqsəd ondan ibarət idi ki, mətbuatın maddi, texniki bazası möhkəmləndirilsin. Maddi texniki bazanın möhkəmləndirilməsindən sonra qəzetlərin tirajları artırılsın və eyni zamanda paralel olaraq müsabiqələr keçirməklə, treninqlər təşkil etməklə jurnalistlərin peşəkarlığı yüksəldilsin. Məhz bundan sonra qəzetlərin qarşısında daha böyük tələblər qoyulsun ki, onlar bu gün dünyada mövcud olan çap mediasının formatına uyğun bir şəkildə ortalığa istehsal qoya bilsinlər. Bu aspekdən də sonuncu şərtlərlə bağlıda hələ xeyli müddət öncə, ötən ilin birinci yarım ilindəki layihə maliyyələşməsi zamanı bütün iştirakçılara məlumat verilmişdir. Dekabrda da, xəbərdarlıq edilib ki, artıq şərtlər dəyişiləcək. Çünki tələblər artır və Azərbaycan oxucusuna daha keyfiyyətli bir mətbuat, çap mediası təqdim etmək lazımdır. Məhz bu inkişaf dinamikasına uyğun olaraq KİVDF son şərtlərini açıqladı və bu şərtlərdə heç bir halda hansısa bir mətbuat orqanının qapadılması və yaxud kiminsə sıradan çıxarılması anlamına gəlməməlidir. Şüuru olan bütün insanlarda bunu məhz bu aspekdən qəbul edirlər. İndi əgər Arif Əliyevin bunu fərqli bir istiqamətə yönəltməyə çalışması və düşünürsə ki, dünyada baş verən tendensiya Azərbaycandan yan keçməlidir, o aspekdən də mənim qənayətimə görə kökündən yanılır. Əgər A. Əliyev yaxşı bir baş redaktordursa, bir layihəsini heç olmasa bir il davam etdirərdi. Yəni bu günə qədər A.Əliyev hansı iş arxasına keçibsə qısa müddətdən sonra onu iflasa uğradıb. Elə “Gün Səhər” qəzetinin taleyi hər kəsin xatirindədir ki, qısa müddətli ömür yolu yaşadı və qalmaqalla da taleyi bitdi. Bu baxımdan da, özünü təsdiq edə bilməyən, peşəkar mediada insanlar adətən boş-boş danışmağa üstünlük verirlər. Bu da A.Əliyevin görünür özü üçün seçdiyi bir istiqamətdir, yoldur".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə