Ötən ilin sonunda Çin Xalq Respublikasının dövlət valyuta ehtiyatları yeni rekord həddə - 2,85 trilyon dollara çatıb.
SİA-nın xəbərinə görə, ÇXR Xalq Bankının məlumatında bildirilir ki, 2010-cu ildə valyuta ehtiyatları 18,7 faiz artıb. Valyuta ehtiyatlarının məbləğinə görə Çin (Honkonq, Makao və Tayvansız) dünyada lider mövqeyini qoruyub saxlayıb. Ötən ilin dördüncü rübündə ölkənin valyuta ehtiyatları birdən-birə 199 milyard dollar artıb.
Mərkəzi bankın məruzəsində, həmçinin bildirilir ki, ötən il bankın ölkədaxili kreditlərinin məbləği 7,95 trilyon yuan (1,2 trilyon dollar) olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB