Ermənistanın apellyasiya məhkəməsi ölkənin keçmiş prezidenti Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı etdikləri şikayətlərinə baxıb və müraciətə rədd cavabı verib. SİA xəbər verir ki, bu barədə “aysor.am” saytı yazır. Bildirilir ki, məhkəmə vəkillərin şikayətlərini qəti şəkildə rədd edib və Koçaryanın həbs altında saxlanılması davam edəcək. Bunu prokuror Vaaqn Muradyan da təsdiqləyib.
Jurnalistlərin “Robert Koçaryanın azadlığa çıxması üçün əsaslar varmı?” sualını da cavablandıran prokuror “Bizim düşüncəmizlə yox”, deyə bildirib.
Xatırladaq ki, Koçaryan 1 mart hadisələrinə görə həbs edilib və onun barəsində məhkəmənin birinci instansiyasının yanvarın 18-də çıxardığı həbs qərarı yenidən qüvvədə saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB