Trampın evi satışa çıxarıldı

ABŞ prezidenti Donald Trampın Nyu-Yorkun Kuins rayonunda 4 yaşına qədər yaşadığı ev yenidən satış çıxarılıb. SİA-nın xəbərinə görə, əmlak 2.9 milyon dollara dəyərləndirilir.

Məlumata görə, əmlak bundan əvvəl 2017-ci ildə Trampın inaqurasiya mərasimindən öncə satışa çıxarılmışdı. Həmin zaman əmlaka 2,14 milyon qiymət qoyulmuşdu. İnaqurasiya mərasiminə qədər ev boş və ətrafı çəmənliklə bürünmüşdü. 2017-ci ilin yayında evin aylıq arendası 3,5-4 milyon təşkil edib.

Qeyd edək ki, ev Yamayka üslubundan tikilib. Əmlaka qaraj, 4 vanna otağı, 5 yataq otağı, kamin daxildir. Evin interyeri Trampı xatırladan əşyalarla bəzədilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə