İranın neft naziri: “Azərbaycanla İran arasında Enerji Bankının yaradılması baş tuta bilər”
Azərbaycanla İran arasında Enerji Bankının təsis olunması iki ölkə tərəfindən yaradılan komitə tərəfindən müzakirə olunacaq. Bunu İranın neft naziri, Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEK) konfransının sədri Seyyid Məsud Mirkazemi Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib. Nazir səfər çərçivəsində Azərbaycanın müvafiq hökumət qurumlarında bir sıra görüşlər keçirdiyini bildirib. Onun sözlərinə görə, hər iki ölkədə neft və qaz sahəsinə yatırmaq üçün investisiya imkanları var: "Bu ölkələrdə fəaliyyət göstərən neft və qaz şirkətləri maraqlı olarsa, Enerji Bankının yaradılması baş tuta bilər. Bu istiqamətdə araşdırmalar aparılacaq. Şirkətlər öz sərmayələrini bu banka etibar edə bilərlər".
Nazir qeyd edib ki, səfərin əsas məqsədi iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir: "Danışıqlar çərçivəsində neft və qaz ixracı, yeraltı qaz anbarları, elektrik enerjisi, kadr mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi yaradılıb".
Onun sözlərinə görə, eyni zamanda iki ölkə arasında müştərək komitə yaradılacaq: "6 aydan bir görüşlər keçirəcək, ayrı-ayrı sahələrdə əməkdaşlıq imkanları araşdırılacaq. Görüşlər zamanı həmçinin Azərbaycanla İranın üçüncü ölkədə birgə layihələr icra etmək imkanları da müzakirə olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB