Elmar Məmmədyarov İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri xanım Sabin Pulmanı qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, etimadnaməsinin surətini təqdim edən S. Pulman Azərbaycana səfir təyin olunmasından məmnunluğunu dilə gətirib. Ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq, İsveçrə-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

E. Məmmədyarov isə Azərbaycana səfir təyin olunması münasibətilə isveçrəli diplomatı təbrik edərək işlərində müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə