Baş redaktordan Əli Kərimliyə: "Daydaylarının xoşuna gəlməz?" STATUS

Baş redaktordan Əli Kərimliyə: "Daydaylarının xoşuna gəlməz?" STATUS

Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov Facebook vasitəsi ilə, AXCP sədri Əli Kərimlinin sosial şəbəkədəki növbəti oyunbazlığı barədə status paylaşıb. SİA xəbər verir ki, Əli Kərimli adıçəkilən sosial şəbəkə profilində həbsdə olan “Milli Şura” üzvlərinin guya “işgəncələrə” məruz qaldıqlarını iddia kimi irəli sürüb və hər zamankı kimi, özünəməxsus “bəyanatını” yayıb.

Lakin Sənan Nəcəfovun sözügedən məsələyə reaksiyası maraq doğurur: “AXCP sədri Kərimov Əli öz profildə həbsdə olan şəxslərə guya işgəncələrin verilməsi barədə Milli Şura adından yeni bəyənat yayıb. Olsun, adətkardadır, bir növü. Amma diqqət!!!. Belə ki, AXCP sədri Azərbaycan dilindəki “bəyanatında” həbsdə olanların “erməni əsirliyindəymiş kimi” ifadəsini işlətsə də, ingilis dilində bu ifadəni yazmayıb. Demək, baş cəbhəbaşı paylaşdığı Azərbaycan dilindəki mətndə işlədilən “erməni əsirlindəymiş kimi” ifadəsi ingilis dilinə olan tərcümədə yoxdur. Xeyir ola?”.

Sənan Nəcəfov sözügedən ifadənin ingilis dilində yazılmamasını AXCP sədri Əli Kərimlinin qorxaqlığı ilə əlaqələndirib. Daha dəqiq desək, həmin ifadənin erməni lobbisi, yaxud, lobbiyə dəstək göstərən xarici anti-Azərbaycan şəbəkəsinin oxuya biləcəyindən ehtiyat edən Əli Kərimli ingilis dilindəki mətndə onu işlətməyib.

O, bununla bağlı ironik suallar da ünvanlayıb:

- İşlətməyə cürəti çatmayıb?
- Daydaylarının xoşuna gəlməz?
- İkiüzlüdür?
- Siyasətdə vicdanı itirmək buna deyirlər?

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə