Səlim Müslümov: "Pensiya təminatının avtomatlaşdırılması prosesi 2011-ci ilin sonuna kimi həll olunacaq"
"2010-cu ildə mövcud istehlak qiymətləri indeksinin səviyyəsi barədə məlumat ala bilmək üçün qanunvericiliyə uyğun olaraq Dövlət Statistika Komitəsinə yazılı formada müraciət etmişik. Bu qiymətləri müəyyənləşdirdikdən sonra isə pensiyaların indeks qiymətləri həddinə çatdırılması ilə bağlı ölkə prezidentinə müraciət edəcəyik". Bu sözləri jurnalistlərə açıqlaması zamanı Dövlət Sosial Müdafiəsi Fondunun sədri Səlim Müslümov deyib.
Pensiya təminatının avtomatlaşdırılması prosesi haqqında danışan sədr bildirib ki, prosesinin başa çatması 2013-2015-ci illərdə nəzərdə tutulub: "Dövlət proqramında pensiya təminatının avtomatlaşdırılmasının başa çatması 2013-2015-ci illər ərzində nəzərdə tutulub. Buna baxmayaraq, Azərbaycanda bu sahədə sürətli inkişaf var. Belə düşünürəm ki, 2011-ci ilin sonlarına yaxın bu proses başa çata bilər. Çünki burada hər şey bizim məlumatları toplayıb bazada yerləşdirməyimizdən asılıdır. Ona görə də, bütün işləri sürətlə həll etməyi qarşımıza məqsəd qoymuşuq və bu istiqamətdə atılan addımlar öz nəticələrini verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB