Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ilk dəfə mimodrama göstəriləcək. Bu barədə məlumatı SİA-nın cənub bürosuna teatrın direktoru İslam Həsənov verib. Onun sözlərinə görə, teatrın nəzdində fəaliyyət göstərən "Ümid" gənclər studiyası Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə "Aşıq Qərib" xalq dastanının motivləri əsasında mimodrama (sözsüz tamaşa) hazırlayıb teatrsevərlərə təqdim edəcək.
Kollektiv cari ildə, həmçinin M.F.Axundovun "Lənkəran xanın vəziri", Rəhman Əlizadənin "Əbləin toyu", Kamran Nəzirlinin "Şeytanın işığı" və digər tamaşalar hazırlamağı nəzərdə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB