Ermənistan hökumətinin 5 illik proqramında istər Serj Sarkisyan, istər Robert Koçaryan, istərsə də Levon-Ter Petrosyan iqtidarlarının baxışlarından çıxış etməsi açıq-aydın görünməkdədir
Ermənistan Rusiya ilə strateji və müttəfiqlik üzrə inkişaf işlərini davam etdirəcək. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın qarşıda duran 5 illik hökumət proqramında qeyd olunub.
Bildirilir ki, Ermənistanın Avrasiya İttifaqı və KTMT istiqamətində fəal təşəbbüs iştirakçısı, eləcə də bu strukturların effektliyinin artırılması üçün aktiv iş aparacaq.
Ötən il “məxməri inqilab” zamanı küçə yürüşləri təşkil edərkən, hazırkı baş nazir Nikol Paşinyan Rusiya ilə münasibətlərə yenidən baxacağını vəd edirdi
“Hökumət bu hədəfi əsas prioritet kimi görür. Ermənistanla Rusiya arasındakı münasibətlər dostluq, bərabərlik və məsələləri birgə həll etmək məqsədi daşıyır. Ermənistan hökuməti Rusiya ilə hərbi əməkdaşlığı ölkənin mühüm təhlükəsizlik sistemi kimi görür”, deyə erməni hökumətinin 5 illik proqramında bildirilir.
Qeyd edək ki, ötən il “məxməri inqilab” zamanı küçə yürüşləri təşkil edərkən, hazırkı baş nazir Nikol Paşinyan Rusiya ilə münasibətlərə yenidən baxacağını vəd edirdi. O cümlədən, erməni baş nazir Rusiyadan asılılığı ölkənin suverenitetliyinə təhlükə mənbəyi hesab etdiyini dəfələrlə keçirdiyi mitinqlərində bəyan etmişdi. Bu baxımdan, ona inananların əksər hissəsinin məhz bənzər bəyanatlarına görə dəstək verdikləri də sirr deyildi.
Artıq erməni ictimaiyyətində ciddi narazılıqlar baş qaldırmağa başlayıb
Lakin hazırkı məqamda, yəni Ermənistan hökumətinin 5 illik proqramında istər Serj Sarkisyan, istər Robert Koçaryan, istərsə də Levon-Ter Petrosyan iqtidarlarının baxışlarından çıxış etməsi açıq-aydın görünməkdədir. Daha dəqiq desək, Ermənistan hazırda da, bundan sonrakı 5 ildə də, əgər suveren ölkə kimi yaşaya bilərsə Rusiyanın vassalı olaraq qalacaq.
Bu, həmçinin Paşinyanın ötən il Yerevan küçələrində “tüpürdüyünü yalaması” kimi də qiymətləndirilə bilər. Çünki hökumətin proqramı bəlli olduqdan sonra, artıq erməni ictimaiyyətində ciddi narazılıqlar baş qaldırmağa başlayıb.
Rövşən RƏSULOV
P.S. Görünür, Paşinyan Kremldə olarkən, həqiqətən də, Putindən möhkəmcə kötək alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB