Fransadan erməni havası 24 aprel "milli gün" kimi?

Fransadan erməni havası 24 aprel "milli gün" kimi?

Fransanın prezidenti Emmanuel Makron ölkəsində 24 aprel tarixinin “Ermənilərin soyqırımı xatirəsinin milli günü” kimi qeyd olunacağını bildirib. SİA xəbər verir ki, bu barədə TASS agentliyi yazır.

Makron bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bütövlükdə türk xalqının təmsilçisi olmadığını deyərək, iddia edib ki, guya bütün Türkiyə zaman ötdükcə, “erməni soyqırımı"nı tanıyacaq və s.

Xatırladaq ki, Fransa dövləti 2001-ci ildə “erməni soyqırımının inkar edilməsinə görə cəza qanunu” qəbul edib və belə bir “qanun"un qəbulu Türk dünyası tərəfindən sərt şəkildə qınanılıb.

Ermənilərin Qarabağın işğalı zamanı Xocalıda və s. ərazilərimizdə törətdikləri amansız qətliamları, soyqırımları faktlarına Fransanın Minsk qrupunun üzvü kimi heç bir münasibət bildirməməsi, bu ölkənin aşkar ermənipərəstliyinin açkar sübutu olaraq qiymətləndirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə