2015-ci ilə kimi genişzolaqlı mobil internet abunəçilərinin sayı 3,8 milyardı keçəcək

2015-ci ilə kimi genişzolaqlı mobil internet abunəçilərinin sayı 3,8 milyardı keçəcək
2010-cu ildə dünya üzrə genişzolaqlı mobil internet istifadəçilərinin sayı yarım milyardı keçib. SİA-nın məlumatına görə, Ericsson şirkətinin proqnozlarına əsasən cari ilin sonuna kimi bu rəqəm iki dəfə artacaq. Abunəçilərin böyük hissəsinin (təxminən 400 milyon) Asiya-Sakit Okean regionunda olacağı gözlənilir. Genişzolaqlı mobil internet istifadəçilərinin sayına görə ikinci və üçüncü yerləri isə Şimali Amerika və Qərbi Avropa regionları tutacaq.

Ericsson-un təqdim etdiyi proqnozlara əsasən, 2015-ci ilə kimi genişzolaqlı mobil internet abunəçilərinin sayı 3,8 milyardı keçəcək ki, onların 95 faizi HSPA, CDMA və LTE şəbəkələrindən istifadə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə