“Ermənilər Cavad xanın anım tədbirlərini anti-Rusiya siyasəti kimi qələmə verir”

“Ermənilər Cavad xanın anım tədbirlərini anti-Rusiya siyasəti kimi qələmə verir”

"Gəncədə hər il keçirilən Cavad xanın anım tədbirlərini ermənilər anti-Rusiya siyasəti kimi qələmə verir". SİA-nın bölgə müxbiri xəbər verir ki, bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. KİV nümayəndələrinə açıqlamasında deyib. Onun sözlərinə görə, xüsusilə erməni mətbuatında Gəncədə Cavad xanın anım mərasimlərinin Rusiyaya qarşı yönəldiyi barədə məlumatlar yer alır.

"Bu tədbirlər Rusiya dövlətinə qarşı yönəlməyib. Bu sadəcə keçmişi yaşatmaq, tarixi şəxsiyyətlərimizi gənc nəsilə daha yaxından tanıtdırmaq və onlar arasında hərbi vətənpərvərlik hisslərini təbliğ etmək məqsədi güdür", E.Əzizov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə