Bu gün Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Müstəqil Dövlətlər Birliyinin Rusiyadakı səfirləri ilə görüşüb. SİA-nın xəbərinə görə, rəsmi ziyafət zamanı Rusiyanın MDB-yə sədrliyi dövründə quruma üzv olan ölkələr arasında mövcud olan aktual suallar, MDB-nin gələcək perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Rusiya Federasiyasının xarici işlər nazirliyi Müstəqil Dövlətlər Birliyinin Rusiyadakı səfirləri hər il görüş keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB