Ermənistan üzrə həmməruzəçi olan Qoran Lindblad Avropada Dağlıq Qarabağla bağlı həqiqətləri yayacaq
İsveçin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qısa müddət ərzində Ermənistan üzrə həmməruzəçi olan Qoran Lindblad Avropada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud olan həqiqətləri yayacaq. SİA-nın verdiyi xəbərə görə, avropalı diplomat Dağlıq Qarabağ münaqişəsinin cari mərhələsi və başlanma səbəbini dəqiq və qərəzsiz Avropa siyasətçilərinə və təşkilatlarına məlumat verməsi üçün yeni layihəyə başlayacaq.
Layihəyə bu ilin yanvarında start veriləcək. Qeyd edək ki, layihə Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB