"Xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşünün təşkili üçün atılan ilkin addımdır"- AÇIQLAMA
"Cari ilin yanvar ayında baş tutacaq Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü çox ehtimal ki, yaxın gələcəkdə bu ölkələrin prezidentlərinin görüşlərinin təşkili üçün atılan ilkin addımdır". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında deyib. O bildirib ki, Rusiya hər zaman prezidentlərin görüşlərinin ardıcıl xarakter almasına çalışıb və istənilən halda danışıqlar prosesinin davam etdirilməsində maraqlıdır: "Bunu Rusiya prezidenti Dmitri Medvedyev prezidentlərin Həştərxan görüşündə də qeyd edib. O bildirib ki, görüşləri davam etdirmək lazımdır. Bu səbədən də düşünürəm ki, yeni ildə baş tutacaq xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşü üçün zəmin yaratmaq məqsədi daşıyır. O ki qaldı, görüşün münaqişənin tənzimlənməsinə və ya ölkəmizin maraqlarına hansı səviyyədə cavab verməsi məsələsinə ümumiyyətlə, Azərbaycan tərəfi dəfələrlə təsdiq edib ki, münaqişənin dinc yolla həll edilməsinin tərəfdarıdır. Bunu ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiya çox gözəl dərk etməkdədir və ölkəmizin hərbi vasitəyə əl atacağı məsələsini kifayət qədər narahatlıqla qarşılayır. Belə olan təqdirdə Rusiya Ermənistana münaqişənin həlli edilməsi istiqamətində təsir imkanlarından istifadə etməlidir. Rusiyanın kifayət qədərə təsir imkanları mövcuddur".
Politoloqun fikrincə, Rusiya Azərbaycanın iqtisadi-siyasi çəkisini, ölkəmizin onun üçün maraqlı olan məqamlarda söz sahibi ola biləcəyini, eyni zamanda öz siyasi imicinə xələl gətirməməsi üçün Ermənistana təsir etmək məcburiyyətində qalacaq: "Bu baxımdan hesab edirəm ki, baş tutacaq xarici işlər nazirlərinin görüşlərindən nəsə gözləmək olar".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sonuncu dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2010-cu il noyabrın 22-də Moskvada görüşüblər. Görüş Rusiyanın xarici işlər naziri S.Lavrovun təşəbbüsü ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB