"Hədəfimiz Türkiyəni ən inkişaf etmiş 10 ölkə sırasına daxil etməkdir"

"Hədəfimiz Türkiyəni ən inkişaf etmiş 10 ölkə sırasına daxil etməkdir"

“Türkiyənin hər sahədə olduğu kimi qanunvericilik fəaliyyətlərində də gecikməyə dözümü yoxdur. Məclisin aktiv olmasını gözləyirəm”. SİA-nın xəbərinə görə, bunu Türkiyənin dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında çıxış edərkən deyib.

AKP-nin hər zaman xalqla birlikdə olduğunu deyən Ərdoğan söyləyib ki, partiya tək millət, tək bayraq, tək Vətən, tək dövlət prinsipinə cavab verən hər kəslə birlikdədir: “ Türkiyənin sərhədləri daxilində böyütdükləri terror qruplaşmaları ilə siz çökdürməyə çalışanlara meydanın bol olmadığını göstərdik. 16 ildə ölkəmizi inkişaf etdirdik, indi hədəfimiz Türkiyəni dünyanın ən inkişaf etmiş 10 ölkəsi sırasına daxil etməkdir. AKP olaraq 31 martla bağlı hazırlıqlarımızı tamamladıq. Kampaniyamızın əsas məqsədi xalqımızın qəlbinə girməkdir. Partiya 16 illik təcrübəsinə sahib çıxacaq”.

“Xalqımıza 94 insanın ruhunu izah edəcəyik”

Türkiyə dövlət başçısı söyləyib ki, partiya xalqı ilə ölkənin, şəhərlərin gələcəyi ilə bağlı xəyallarını, layihələrini izah edəcək: “Şəhər planları uzun müddətli, ədalətli bir şəkildə hazırlanacaq. Şəhərlərimizdə infrastruktur və nəqliyyat problemləri kökdən həllini tapacaq. Həyata keçirilən işlər bölgələrin xüsusiyyətlərinə və vətəndaşlarımızın ehtiyaclarına görə reallaşacaq. Şəhərlər bir-birinə bənzəmədən öz hekayələrinə uyğun şəkildə inkişaf etdiriləcək. Ağıllı şəhərlərin tətbiqi məqsədilə şəhərimizə bütün texnologiya imkanları təklif olunacaq. Sosial bələdiyyənin əhəmiyyəti genişlənəcək. Nümunə məskunlaşma sahələri üfüqi bir şəhərləşmə, xüsusilə TOKİ anlayışı ilə yaradılacaq. Dövlət idarəetmə prinsipi ilə şəhərlərə dair bütün qərarlar sakinlərlə birlikdə qəbul ediləcək. Seçkiyə 55 gün qalmış xalqımızla 94 nəfərin ruhu haqqında danışacağıq. Biz xalqımızla əsərlərimizlə deyil, həqiqətlərlə danışacağıq”.

“İxracatda 168 milyard dollar əldə etdik”

Ərdoğan qeyd edib ki, iqtisadiyyatın bütün dövrlərində iqtidarın uğurlu planlar cızdığı ortadadır: “Adambaşına düşən gəliri 3500 dollardan, 11 min dollara qədər yüksəltməyi bacardıq. İnflyasiya, valyuta məzənnəsi ilə bağlı baş verənlər millətimizin gündəlik həyatında sıxıntılara yol açıb. Türkiyə iqtisadiyyatı böyük hücum dalğasına məruz qalmışdır. Qiyməti valyuta məzənnəsindən asılı olan təbii qaz və elektriklə bağlı 10 faiz endirim etdik. Yanacaq qiymətlərini müəyyən səviyyədə saxlaya bildik. İşçilərin, məmurların maaşlarını, təqaüdçülərin məvacibini artırdıq. İxracatda tarixi rekord, 168 milyard dollar əldə etdik. 2002-ci ildə 17 sırada idiksə, hazırda 12-ci yerdə qərarlaşmışıq. Türkiyənin iqtisadiyyat sahəsində verdiyi mübarizə milli və yerli bir davadır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə