Ermənistanda polis-vətəndaş qarşıdurması VİDEO İZLƏ

Ermənistanda polis-vətəndaş qarşıdurması VİDEO İZLƏ

Ermənistanın Armavir vilayətinin Arşalus kəndində fevralın 4-dən başlayaraq gərginlik səngimir. SİA xəbər verir ki, bu barədə news.am yazır. Belə ki, kəndin bir qrup sakini kəndin inzibati idarəetmə binasının qarşısına toplaşaraq, icra nümayəndəsi Zarzand Qriqoryanın istefasını tələb edirlər. Etirazçıları polis qarşılayıb və tərəflər arasında şiddətli qarşıdurma yaşanıb.

Məlumatda bildirilir ki, hadisə yerinə “Mənim addımım” blokundan olan deputat Taqui Kazaryan gedib və etirazçıları sakitləşdirməyə çalışıb. O, həm icra nümayəndəsi, həm də etirazçılardan iki nəfərlə söhbət aparsa da, hər hansı bir nəticəyə gəlinmədiyini bildirib. “Əgər desəm ki, söhbət hamar olub və konstruktiv həll yolu tapılıb, onda yalan danışmış olaram”, deyə erməni deputat gərginliyin saxlanıldığını etiraf edib.

Onun sözlərinə görə, problem ondadır ki, hazırda kəndin icra nümayəndəsi etiraz edənlərə qarşı təzyiq nümayiş etdirir. Belə ki, kəndlilər onun istefasını tələb etməkdə israrlıdırlar. İstefaya çağırışa səbəb kimi isə, kəndin icra nümayəndəsinin general Manvel Qriqoryanın yaxın qohumu olması göstərilir.

Polisin etirazçılara qarşı kobud davranmasını isə, aşağıdakı linkdən izləyə bilərsiniz,

https://www.youtube.com/watch?v=ehqJe3W4Er4

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə