“Avropa müxalifəti” də parçalandı QARŞIDURMA

“Avropa müxalifəti” də parçalandı QARŞIDURMA

Son hadisələr məhz bu cür nəticəyə gəlməyə zəmin yaradır

Özlərini “siyasi mühacir” statusu ilə zorla cəmiyyətə sırımağa çalışan “Avropa müxalifəti” demək olar ki, kökündən parçalanıb və bunu anlamammaq heç də çətin deyil. Daha dəqiq desək, müxtəlif adlarda “tədbirlər” keçirən qruplar arasında ciddi fakir ayrılıqları, ziddiyyətlər yaşanır ki, onlardan biri də Məmmədəmin Rəsulzadənin doğum gününə həsr edilmiş toplantıdır. SİA xəəbər verir ki, Almaniyanın Ftankfurt şəəhərində keçirilən toplantıya “AND”, “Müsavat AKM” və “DAS” təşkilatları qatılsalar da, əvvəlcədən anons edildiyi kimi həmin toplantıya 500-600 deyil, 100 nəfərdən bir az artıq adam qatılıb. Bu isə qrup maraqlarının Avropa küçələrinə də sirayət etdiyinin aşkar görüntüsüdür.

Qənimət Zahidə “qələt edirsən”i kim deyib?

Diqqət çəkən məsələ isə, AXCP funksioneri, “AND” təşkilatının rəhbəri Q.Zahidin müsavatçılara məxsus “Müsavat AKM”, eləcə də “DAS” kimi təşkilatlarla qarşıdurmasıdır. Artıq, bu barədə mətbuatda da məlumatlar gedib və bəlli olub ki, 26 yanvar 2019-cu il tarixində Almaniyanın Frankfurt şəhərində Məmmədəmin Rəsulzadənin doğum günü adı altında AND, “Müsavat AKM” və “DAS” təşkilatlarının tədbiri olub. Q.Zahid isə, “Facebook” profilində tədbir barədə anons verərkən təşkilatçı qismində sadəcə özünün həmsədri olduğu “AND”-ı göstərmişdi. Bundan sonra “Müsavat AKM”-nin aparıcı funksionerlərindən olan Əli Quliyevə aid Q.Zahidin “qələt etdiyini” deyən səs yazısı yayılmışdı. Səs yazısında Q.Zahidin özünü əsas təşəbbüskar kimi təqdim etməsi, eləcə də bu məsələdə AXCP sədri Əli Kərimlinin dəstək verdiyini iddia kimi irəli sürməsi müsavatçı “mühacirlərin” xoşlarına getməyib. Nəticədə, kəskin qarşıdurma yaşanıb və “Müsavat AKM” rəhbərliyi Q.Zahidin qələt etdiyini bildiriblər.

Məqsəd birdir – Avropa küçələrindən qrant yığmaq

Maraqlı məqamlardan biri də budur ki, Q.Zahidə edilən “qələt edir” tənbehinin ardınca, onun İlham Həsənlə də telefon əlaqəsi saxlayaraq üzr istədiyi bildirilir. Bu hadisələrdən sonra Q.Zahid Facebookda öz şəxsi profilində Frankfurt tədbirinə təşkilatçılıq etdiyi ilə bağlı yazdığı statusu silib.

Onu da qeyd etmək yerinə düşərdi ki, M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsinin ziyarətində də demək olar eyni qarşıdurma yaşanmışdı. AXCP, Müsavat kimi partiyaların tərəfdarları sonradan “Facebook” vasitəsi ilə kimin daha çox adam aparmaları üstündə sözün əsl mənasında qırğına çıxıblar. Bu məsələnin istər ölkədə, istərsə də ölkədən kənar düşərgədaxili müzakirəyə çıxarılması isə, məhz belə qənaətə gəlməyə əsas verir ki, özlərinə “xalqın mücahidləri”, “demokratları”, yaxud daha hər hansı gülünc statusları yapışdıranlar ümumiyyətlə, nə dövlət, nə də xalq barəsində düşünmürlər. Onların düşündükləri yalnız bir məsələdir – kimin mitinqlərə, tədbirlərə daha çox adam yığması və təbii ki, qrant yığmaq məsələləri. Bütövlükdə isə fakt budur ki, ölkədəki müxalifətlə yanaşı, Avropa çöllərinə səpələnərək, qrant yığmaqla məşğul olanlar artıq, çoxdan parçalanıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə