Cəmil Həsənlinin trolları Əli Kərimlinin üzünə durdular

Cəmil Həsənlinin trolları Əli Kərimlinin üzünə durdular

Məhkəmədə açıqlanan ilkin məlumatlara görə, Əli Kərimli dilənçilik yolu ilə Rusiyadan 1,8 milyon ABŞ dollar əldə edib

Müxalifətin yaramaz xislətli satqın zümrəsi ictimai rəyin onlara olan mənfi münasibətinin genişləndiyini şüurlu şəkildə dərk etdikcə, xarici ağalarının qucağına daha sıx şəkildə sığınmağa çalışırlar. Baxmayaraq ki, "Soros" kimi qərəzli təşkilatlar istisna olmaqla, digər fondlar və qüvvələrin mövqelərində dəyişiklik nəzər-diqqəti cəlb edir. Yəni sonuncular yarıtmaz və naşı müxalif ünsürlərlə əməkdaşlıqdan imtina kursu götürürlər. Bu isə, dağıdıcı müxalifət üçün intihara bərabərdir. Qısaca desək, siyasətdən getmələri deməkdir. Çünki sosial baza olmasa da, maliyyə imkanları hesabına siyasətdə sürünmək mümkündür. Ancaq maliyyə vəsaiti olamdığı halda, siyasətdə qalmaq, boş-boşuna meydanda veyillənmək deməkdir. İddialı və təkəkəbbürlü müxalifət yetkililəri isə, adlarının avaralar sıyasında əks olunmasını istəmirlər. Onlar mətbuatda görünmək, meydanlarda qışıqrmaq iddiasındadırlar. "Milli Şura"nın sədri Cəmil Həsənlinin 2018-ci ildə 7 dəfə Avropaya və ABŞ-a üz tutması, üzləşdikləri maliyyə problemlərini aradan qaldırmağa hesablanmışdı. Ancaq səfərlər nəticəsiz qalıb.

Məhkəmədə şahidlər Əli Kərimliyə pul göndərdiklərini etiraf etdilər

Xarici ölkələrdən, əli ətəyindən uzun qayıdan C.Həsənli, artıq acı taleyi ilə barışaraq, demək olar ki, "Milli Şura" ilə əlaqələrini kəsib. Hətta bəllli olduğu kimi, C.Həsənli rüsvayçılıqla nəticələnən 19 yanvar mitiqnqinə qatılmaqdan imtina etdi. Bəhanə də onu göstərdi ki, guya xarici səfərdədir. Halbuki mitinqin keçirildiyi saatlarda, artıq C.Həsənli xarici turnesini başa vurub, Bakıya qayıtmışdı. M.Ə.Rəsulzadənin abidəsi önündə keçirilən yığıncağa da C.Həsənli könülsüz olaraq qatılsa da, danışmaqdan, fikir bildirməkdən imtina etdi. Bütün bunlar C.Həsənli ilə Ə.Kərimli arasında ciddi ixtilafların yaşandığını göstərir. Həm də, təsdiq edilir ki, C.Həsənli Ə.Kərimlinin bəd əməllərinə şərik olmaq istəmir. Elə Ə.Kərimlinin əmisi oğlu, "Azərbaycan fermeri" qəzerinin baş redaktoru Nuhəli Kərimov da o fikirdədir ki, əmisi oğlu dövlət və milli maraqlara ziddi siyasət yürütdüyündən və xaricə satılmaqla daha çox maliyyə vəsaiti əldə etməyə çalışdığından, ondan nəinki qohum-əqrəba, eləcə də, siyasi əqidə dostları da imtina edirlər: "Əli Kərimli Avropadakı erməni diaspora rəhbərləri vasitəsi ilə Azərbaycanda qarışıqlıq yaratmağa çalışır. Mitinqlər də, sifariş əsasında, erməni dostlarının istəyinə uyğun keçirilir. Fikir versəniz, gösrərsiniz ki, mitiqnlərdə hər cür məsələdən danışılsa da, Qarabağdan, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlardan bir kəlmə də olsun danışılmır. Çünki erməni lobbisi belə istəyir".
N.Kərimovun sözlərinə görə, dəfələrlə nəslin ağsaqqalı olaraq, Ə. Kərimliyə dövlətə qarşı şər və böhtanlarından əl çəkmək barədə xəbər göndərsə də, nəticəsi olmayıb: "Maddi və mənəvi baxımından Corc Sorosdan və Sorosun həmfikir olduğu erməni təşkilatlarından asılı olduğundan ağsqqal sözünü, el məsləhətini eşitməyib. Bəd əməlini davam etdirir. Biz onu ifşa edəcəyik, imkan verməyəcəyik ki, pula görə, nəsilimizin adını batırsın, bizə ləkə gətirsin".
Ə.Kərimli, Avropadakı bəzi maraqlı dairələrdən maliyyə yardımıları almaqla kifayətlənməyib, Rusiyadakı azərbaycanlılara əl açıb, onlardan da pul almaqdan çəkinmir. Bu, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində də, sübuta yetirilməkdədir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində dindirilərkən bildiriblər ki, onlar Ə.Kərimliyə Rusiyadan maliyyə vəsitinin çatdırılmasında iştirak ediblər. İfadələrdən məlum olur ki, Ə.Kərimlinin adamları Rusiyada yaşayan azərbaycanlılarla görüşərək, onlardan Ə.Kərimliyə maddi yardımlar göndərmələrini xahiş ediblər. Cavanşir Abuşov ifadəsində bildirib ki, 2018-ci ilin iyununda Moskvada yerləşən "Skarabey" bazarında işləyən azərbaycanlılardan ona məlum olub ki, Orxan Zeynalova köməklik adı ilə verilmiş hesaba toplanan pullar, əslində, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Azərbaycan ərazisində mitinq və toplantıların maliyyələşdirilməsi, partiya sədrinə maddi dəstək göstərilməsi məqsədilə toplanılıb. Eşidib ki, Rusiyada azərbaycanlılardan nağd və bank vasitəsilə bu məqsədlə pullar toplanılıb və qanunsuz yolla Azərbaycana göndərilib. AXCP-dəki adının açıqlanmasını istəməyən mənbənin "Səs"ə verdiyi məlumata görə, Ə.Kərimlinin Rusiyadakı müəyyən qüvvələrdən, eləcə də, sadə azərbaycanlılardan pul alması yeni məlumat deyi: "Ə.Kərimli son 5 ildə Rusiyadan, demək olar ki, hər ay pul alıb. Onun gizili yollarla əldə etdiyi vəsaitin həcmi 1, 8 milyon ABŞ dollarıdır. Yəqin ki, hüququ-mühafizə orqanları bu məsləyə də aydınlıq gətirəcəkərlər". N.Kərimov deyir ki, Ə.Kərimlinin məqsədi siyasətdə nəticə əldə etmək deyil, siyasət adı altında pul qazanmaqdır: "Ə.Kərimlinin tay-tuşları, yaşıdları kəndə pambıq əkir, bostan məhsulları yetişdirir, qoyun-quzu saxlayırlar. Ə.Kərimli isə əziyyətsiz mala-mülkə sahib olmağa çalışır. Bunun adı siyasət deyil, tufeylilikdir. Yaxşı olardı ki, hüquq-mühafizə orqanları bu tufeyliəyə qarşı ciddi tədbirlər görsün. Biz Kərimli nəsli Bakıya gedib, onu kəndə gətirməyə çalışmışıq. Amma hər dəfə o, qaçıb gizlənib. Bu səbəbdən də, onu tutaraq kəndə gətirməyimiz problemə çevirilib".
N.Kərimlinin sözlərinə görə, hüquq-mühafizə orqanları Ə.Kərimlini tutub, bizə təhvil versələr, biz onu kəndə aparıb, cəzalandıra bilərik: "Eşitmişik ki, Hollandiyada erməni iş adamı var- Vardan Akopyan, Ə.Kərimli onunla dostluq edir. Nədi-nədi, bu tufeyliyə o erməni dığası hər üç-dörd aydan bir, 200-250 min dollar verir. Həmin pullar hesabına da Ə.Kərimli Bakıda mitinqlər yolu ilə qarışıqlıq yaratmağa çalışı".

Zərəçəkənlər Əli Kərimli haqqında yeni faktlar açılamağa hazırlaşırlar

Bir sözlə, baş verənlərə və məhkəmədə açıqlanan şahid ifadələrinə, eləcə də əmisi oğlunun fikirlərinə əsaslanaraq, demək olar ki, "Yurd" şefini yaxın günlərdə üzücü sürprizlər gözləyir. Xüsusi ilə də, Avropada məskunlaşan "söyüş qrupu"nun üzvləri hesab oluna Məhəmməd Mirzəli ilə Tural Sadıqlının bir-birini ayrılan maliyyə vəsaitlərini mənimsəməkdə günahlandırmaları və bunun ardınca, bu ifşaedici məlumatların yayılmasının müəllifinin Ə.Kərimlinin olduğunun üzə çıxması AXCP sədrinin vəziyyətini daha da ağırlaşdırıb. Əldə olunan informasiyalara istinadən, demək olar ki, istər Rusiyada, istərsə də, Avropadakı Ə.Kərimlinin qərəzli təbliğatına aldanaraq, pullar ayıran şəxslər "Yurd" şefini ifşa edən yeni faklarla çıxış edəcəklər. Məsəl var, "bəla gələndə, batmanla gələr". Ə.Kərimli üçün bəla özünün əməllərinin nəticəsi olaraq gəlməkdədir. Çünki "Facebook" sosial şəbəkəsində, zorakılıq təbliğ edən, terrora çağırış olan saxta profillərin bağlanması barədə də qərar verilib. Bu isə, o deməkdir ki, artıq kərimlilər, hacılılar sosial şəbəkələr üzərində saxta profillər açaraq terroru, zorakılığı təbliğ edə, insanları iğtişalara çağıra bilməyəcəklər.
Düzdür, Ə.Kərimlinin sosial şəbəkələrdə, eləcə də, rüsvayçılıqla nəticələnən aksiyalarada qaldırdığı hay-küy boş qazanı döyəcəkləməkdən başqa, bir şey deyil. Çünki cəmiyyət, onun simasına və sifətinə bələd olduğundan, apardığı təbliğatda ciddi qəbul etmir. Özünə hörmət etməyə çalışan və siyasətçi adına iddia edən şəxs, o cümlədən, Ə.Kərimli bundan sonra abırına və həyasına qısılıb, əski mövqeyinə qayıdar. Təbii ki, əgər Ə.Kərimlidə, az da olsa, sadaladığım kriteriylar varsa.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə