İqtisadçı ekspert: "Mənə elə gəlir ki, Azərbaycan "Nabucco"da əsas rola malikdir"- AÇIQLAMA
"Nabucco" layihəsinin qəbulu Azərbaycanın xeyrinədir. Ölkəmiz bu yolla alternativ enerji resurslarını Avropaya göndərəcək". Bu sözləri iqtisadçı ekspert Əli Əlirzayev SİA-ya açıqlamasında deyib. Layihənin reallaşmasını istəməyən tərəflərin də olduğunu deyən iqtisadçı ekspert bildirib ki, hər bir halda bu layihə Azərbaycan üçün müsbət bir haldır.
Onun sözlərinə görə, layihə ölkəmiz üçün iqtisadi məna kəsb etməklə yanaşı inteqrasiya amili olaraq Avropa ölkələri ilə sıx əlaqə yaradacaq: "Ölkəmiz tranzit ölkə olması və bu layihənin Azərbaycanın ərazisindən keçməsi ölkəmiz üçün mühüm rol oynayacaq. Bu layihə əməkdaşlığın bir formasıdır. Gələcəkdə bizim qaz ehtiyatlarımız daha da çoxalacaq, faəliyyət emalı artacaq. O zaman Nabucco vasitəsilə onun nəqli böyük əhəmiyyət kəsb edəcək".
Layihənin reallaşması məsələsinə gəlincə Ə. Əlirzayev onun həm iqtisadi, həm də siyasi manevrlardan asılı olduğunu vurğulayıb: "Dediyimiz kimi, layihənin həyata keçirilməsini istəməyən tərəflər var ki, onlar başqa alternativ variantlar təklif etməklə layihənin reallaşamasına mane olmağa çalışırlar. Onlar "Nabucco"nun Rusiya ərazisindən keçirilməsi və digər təkliflərlə çıxış edirlər. Amma mənə elə gəlir ki, ölkəmizdəki siyasi iradə və xalqımızın milli mənafeyi baxımından bu layihəyə qoşulmaq əlverişlidir. Çünki bu layihəyə qoşulduqdan sonra ölkədə yeni iş yerləri açılacaq, layihə vasitəsilə ölkəmizin daxili imkanları istifadə olunacaq. Layihə ölkəmizin kompleks inkişafının bir yoludur. Bu səbəbdən də layihə gerçəkləşməlidir".
"Nabucco"nun Avropanın Rusiya monopoliyasından qurtarmaq üçün bir addım olması ilə bağlı sualı da cavablandıran ekspert Avropanın bu layihəni Rusiya məngənəsindən çıxış yolu üçün nəzərdə tutmadığını dilə gətirib. O bidirib ki, "Nabucco" Rusiya ərazisindən keçən kəmərlərə nisbətən daha azad, liberal, iqtisadi yoldur: "Burada Azərbaycanın aparıcı ölkə kimi rolu daha böyükdür, nəinki Rusiyada olan qaz kəmərlərinə qovuşmaq və onların vasitəsilə həyata keçirmək. Mənə elə gəlir ki, Azərbaycan "Nabucco"da əsas rola malikdir. Ona görə də hesab edirəm ki, bu layihə inkişaf etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB