Müxalifətin iblis xislətlisi

Əli Kərimli xəyanətinin izi ilə...

Haqq nazilər, amma üzülməz - atalar gözəl deyib. AXCP sədri Əli Kərimli xəyanətkar, satılıb-satan Vətən xainidir. Biz bununla bağlı çox demişik, çox yazmışıq. Ancaq nə qədər yazsaq da, Ə.Kərimlinin xəyanətləri acı bağırsaq kimi uzanıb gedir... Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən növbəti məhkəmə iclasında şahid qismində dindirilənlərin verdikləri ifadələr də bir daha AXCP sədri Ə.Kərimlinin xarici qüvvələrin göndərdiyi maliyyəni əldə etmək məqsədi ilə ölkədə təxribatlar törətmək istəyini sübuta yetirməkdədir. Bunu məhkəmə iclasında dindirilən Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov AXCP sədrinə vəsait toplanıldığını və bu pulların Ə.Kərimliyə çatdığını bildiriblər. Həmçinin, məhkəmə zamanı ən əsas məqam isə, AXCP sədrinə istər Rusiyadan, istərsə də digər xarici dövlətlərdən toplanılan vəsaitlərin qanunsuz yollarla çatdırıldığı da üzə çıxmasıdır.

Əli Kərimli haqqında indiyə kimi bilinməyən sirlər...

1993-cü ildə hakimiyyət devrildikdən sonra Əbülfəz Elçibəy başda olmaqla, AXC rəhbərliyinə daxil olan yüksək vəzifə sahibləri ya həbs olundu, ya da ölkədən qaçdılar. 1994-cü ildə Ə.Kərimli heç bir maneə olmadan Bakıya qayıtdı və AXC sədrinin birinci müavini qismində təşkilata rəhbərlik etməyə başladı.
Belə bir zamanda, Ə.Kərimli sərbəst siyasi fəaliyyətə başladı. 1995-ci ildə Ə.Kərimli artıq AXCP-nin proporsional siyahısına başçılıq edərək, parlament seçkilərinə qatıldı və Milli Məclisin deputatlığına layiq görüldü.

Əli Kərimlinin gerçək portreti...

1995-ci ildən Kələkidə olan Elçibəy AXCP-yə sədr seçilsə də, yeni yaranan partiyanın təşkilatlanma, idarə olunma prosesi "Yurd"çuların nəzarətində olub. Bu nüansları heç də əbəs yerə xatırlatmırıq. Çünki AXCP-nin yarandığı gündən bəri, belə demək mümkünsə, başına gələnlər "Yurd"un adı ilə çox vaxt birbaşa bağlı olub və bu çirkin əməllərini həyata keçirmək üçün əl atmadığı variant, üz tutmadığı yol qalmayıb. Çatmaq istədiyi məqsədləri uğrunda rahatlıqla ən yaxın adamını belə əzməyə hazırdır. Bu səbəbdən də, AXCP-yə maliyyə gəliri qazandıran sənaye müəssisəsi kimi baxan Ə.Kərimli, Razi Nurullayev demiş, cəbhəçiləri portağal qabığı kimi soyur. O, həmişə cəbhəçilərin ən kiçik istəklərini belə, özünə qarşı təhdid kimi görüb. Ə.Kərimli üçün "yaxşılar" və "pislər" var: Güvəndikləri "yaxşılar"dır, qalanları isə "pislər"dir. Bir gün cəbhəçilərdən hansınınsa birinin sədrliyi ələ keçirəcəyindən qorxan Ə.Kərimli psixoloji olaraq, büruzə verməməyə çalışsa da, özünü ən aşağı səviyyədə hiss edir. Özünü düşdüyü quyudan çıxarmaq üçün tərəfdarlarının başlarında çıxış etməyi sevir və buna təhlükəsizlik zirehi kimi baxır.
Çünki o, bütün tərəfdarlarına minlərlə vədlər verməklə, öz tələsinə düşənləri özünün maraqlarına xidmət etməyə məcbur edir. Bu, o iblis xislətli Ə.Kərimlidir ki, tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostluğuna, yoldaşlığına qarşı da xəyanət yolu tutub. Onun "siyasi karyerasında", xüsusilə, ermənilərlə işbirliyini təsdiq edən amillər istənilən qədərdir və bu barədə onun əməllərinin sübuta ehtiyacı yoxdur. Ancaq Ə.Kərimli etdiyi xəyanətlərə görə cəzasını çəksə də, boynunda qalan mənəvi borcunu da ödəyə bilməyəcək. Çünki bu borcu ödəməkdən ötrü ən azından, dəmir barmaqlıqlar arasına getməlidir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə