Tərtər rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı Gənclər Gününü qeyd edib
Tərtər rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı 2 Fevral Gənclər Gününü rayonun Mədəniyyət Mərkəzində qeyd edib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra gənclərin hazırladığı əl işləri və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası ilə başlandı.
Öncə, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı gənclər birliyinin sədri, rayon gənclər və idman idarəsinin rəisi Emin Pənahov açaraq, qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır: "Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətində gənclərə xüsusi diqqət və qayğı ilə yanaşması, onların problemlərinin zaman-zaman öz həllini taparaq və gənclərin hərtərəfli inkişafı üçün perspektiv planlar quruldu".
Görüşdə gənclər adından Umudlu kənd tam orta məktəbin informatika müəllimi Şəbnəm İnqilabzadə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Mərziyyə Əmirxanlı, polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Ülvü Aslanov, mərkəzi rayon xəstəxanasının polikilinika şöbəsinin tibb bacısı Aygün Cəfərli, "N" saylı hərbi hissənin gənc zabiti Zamir Mənsimov çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bütün Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik edərək, inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb: "Bu gün Azərbaycan gəncliyi fəxr edir ki, müstəqil Azərbaycan dövlətinə Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin laiqli davamçısı Prezident İlham Əliyev Cənabları başçılıq edir. Azərbaycanın demokratik və sivil ruhlu gəncləri həmişə Ümummilli Liderimizin "Azərbaycan dövlət müstəqilliyi dönməzdir, əbədidir və Azərbaycan gəncləri bu müstəqilliyi göz bəbəyi kimi qoruyacaqlar" fikrini özləri üçün rəhbər tutur, Prezident İlham Əliyev Cənablarının apardığı uğurlu siyasəti dəstəkləyir, bu siyasətin həyata keçirilməsində fəal rol oynayırlar".
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə YAP rayon təşkilatının, rayon icra hakimiyyətinin, rayon gənclər və idman idarəsinin Fəxri fərmanları, diplom və qiymətli hədiyyələri, partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB