YAP Nəsimi rayon təşkilatının fəal gəncləri Milli Məclisdə olublar

YAP Nəsimi rayon təşkilatının fəal gəncləri Milli Məclisdə olublar

Ölkəmizin hər yerində 2 Fevral Azərbaycan Gəncləri Günü yüksək səviyyədə qeyd edilir. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının bir qrup fəal gəncləri Milli Məclisin binasında olublar. Gənclər, öncə, müasir Azərbaycan dövlətinin Qurucusu, Ulu Öndər Heydər Əliyevin Milli Məclisin foyesində olan abidəsi önünə çiçəklər düzərək, Onun əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.

Sonra gənclər Milli Məclisin fəaliyyəti ilə yaxından tanış olub, parlamentin Gənclər və İdman Komitəsinin bir qrup millət vəkilləri ilə görüşüblər. Onlara əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizdə gənclərlə bağlı həyata keçirilən işlərdən, eyni zamanda, gələcək planlar haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, indiyə qədər gənclər siyasətinə dair bir sıra proqramlar qəbul olunub, Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlər görülüb. Həyata keçirilən mühüm tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldublar. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bildirilib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasəti mühüm rol oynayıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə