Haitini bir il əvvəl sarsıdan 7 ballıq zəlzələ 250 min adamın həyatına son qoydu, paytaxtın 60 faizini dağıtdı, 1 milyon 300 min adamı evsiz qoydu. 12 ay sonra da bu mənzərədə elə bir dəyişiklik yoxdur. Paytaxt Por-Au-Prinsenin mərkəzindəki "Champs da Mars" meydanı zəlzələnin dəhşətlərini özündə əks etdirir. Meydandakı prezident sarayı dağılmış vəziyyətdədir, bütün meydan evsizlər düşərgəsini xatırladır, hər yer çadır və daxmalarla doludur. İnsanlar aclıqla mübarizə apardıqlarını, beynəlxalq humanitar təşkilatlardan köməyin demək olar ki, gəlmədiyini söyləyirlər.
Paytaxtda beynəlxalq təşkilatların çoxlu sayda nümayəndəsi fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatının (BMT) dünya üzrə ən böyük missiyalarından biri Haitidə yerləşir. Ölkədə 12 BMT sülhməramlısı və polisi var. Bir sözlə, Por-Au-Prinse beynəlxalq bir şəhər mövqeyindədir. BMT-nin Haitidəki humanitar yardım missiyanının rəhbəri Nigel Fişer zəlzələdən dərhal sonra xeyli iş görüldüyünü qeyd edir: "Zəlzələdən üç ay sonra düşərgələrdə təxminən 1,5 milyon insan toplanmışdı. Burada onlar həm təmiz sudan, həm də tibbi yardımdan faydalandılar".
Təcili yardım medalyonun bir üzüdür. Şəhərdə yeniqurma izlərinə rast gəlmək o qədər də mümkün deyil. Bir milyon insan hələ də evsizlər üçün qurulmuş düşərgələrdə yaşayır. Bir çox yerdə gigiyenik şərtlər dözülməzdir. Zibil dağları isə xoleraya gətirib çıxarır. Haitidə bu günə qədər 150 min adam xoleraya xəstəliyinə tutulub, ölənlərin sayı isə təxminən 3500-dür. Beynəlxalq yardım kifayət etmir. Effektiv bir plan və koordinasiyanın olmamasından danışılır.
Beynəlxalq yardım qruplarının çoxu isə problemin mənbəyi olaraq Haiti hökumətini göstərir. Sui-istifadə, qərar mexanizmlərinin işləməməsi, siyasi xaos haqqında danışılan problemlərdir. "Champ da Mars" meydanındakı çadırlarda yatıb-qalxmaq məcburiyyətində olan insanlar bu vəziyyətin daha neçə aylar, hətta illər davam etməsindən narahatdır. Zəlzələdən sonra gələn təcili yardım fəlakətin ölçülərinin daha da böyüməsini əngəllədi, ancaq çoxlarının gələcək üçün ümidləri çox azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB