Namiq Əliyev: "Tədbirlər mətbuatımızın daha yüksək səviyyədə çap olunmasına hesablanıb"
“Bu məsələ ilə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur. Çünki mətbuat sahəsində islahatların aparılmasına ehtiyac var”. Bunu SİA-ya açıqlamasında "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, mən də KİVDF-nin xətti ilə dəfələrlə qonşu dövlətlərdə, o cümlədən, Türkiyədə olmuşam: “Orda mətbuatın çapına, xüsusən də, tərtibatına və rənginə diqqət edilir. Bu baxımdan, bəzi məsələlər var ki, biz onlardan geri qalırdıq. Dəfələrlə müzakirələrdə fondun rəhbəri deyirdi ki, bizim də mətbuat inkişaf etməlidir, dünya standartlarına uyğunlaşmalıyıq. Nəzərdə tutulan tədbirlər mətbuatımızın daha yüksək səviyyədə çap olunmasına və daha keyfiyyətli formatda təqdim olunmasına hesablanıb. Dünyadan geri qala bilmirik. Azərbaycan iqtisadiyyatı inkişaf edir, sosial sahədə böyük uğurlarımız var, amma çap mətbuatı geridə qalıb. Bir qəzet rəhbəri olaraq, fikirləşirəm ki, mətbuatda irəliləyiş olmalıdır, işimizi dünya standartlarına uyğun qurmalıyıq. Bir daha qeyd edirəm ki, bu kimi islahatlar, irəli sürülən şərtlər mətbuatın inkişafına xidmət edəcək. Çünki istək, mətbuatın daha yeni, keyfiyyətli mətbuatın qurulmasına hesablanıb. Hesab edirəm ki, bu islahatların müsbət nəticələrini az sonra görə biləcəyik”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB