Salvadorda prezident seçkisinin qalibi müəyyən edilib

Salvadorda prezident seçkisinin qalibi müəyyən edilib

Salvadorda keçirilən prezident seçkilərində çoxsaylı bülletenlərin hesablanmasından sonra "Milli Birlik üçün Böyük İttifaqı"nın (GANA) namizədi Naib Bukele liderliyi ələ alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bülletenlərin 87.4 faizi hesablanıb və hazırda Bukele 53 faiz səs çoxluğu qazanıb. Ona yaxın namizəd Respublikaçı milliyyətçi alyansdan olan (Arenada) Carlos Kallehadır ki, sözügedən namizəd 31% səs toplayıb. İqtidar partiyasının namizədi Hugo Martinez isə səslərin 14 faizini qazanıb.

Qeyd edək ki, seçkiləri müxtəlif təşkilatlarda 1725 nümayəndə müşahidə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə